Qurtuluşa gəlməyənlər
14/03/2022
Bir
nəfər körpüyə çıxır və oradan özünü aşağıya atır. Sonra deyir ki, bu
körpünü niyə düzəldib məni aşağı atdınız? Biz bu körpünü insanların
gəlib keçməyi üçün düzəltdik, insanların gəlib özünü aşağı atmağı üçün
yox...Üç-beş özünü bilməyən kəslər intihar edəcək deyə körpü aradan
götürülər? Allahu-təala bu dini, bu Qurani-kərimi və bu namazı insanları
Cənnətə qovuşdurmaq üçün körpü etmişdir. “Namazı əmr etməsəydi”
deyirlər... Onda Cənnətə gedə bilməzdik. Allahu-təala Cənnətə gedəcək
vasitəni belə yaratmışdır. İngiltərəyə hava və dəniz vasitəsiylə
gedilir, qurudan getmək mümkün deyil. Allahu-təala da Cənnətə gedilən
yolu belə düzəltmiş və “Kim buna uyarsa sonra Cənnətə gedəcək. Kim də
tabe olmazsa Cəhənnəmə girəcək” deyir; çünki üçüncü bir yer yoxdur. “Mən
niyə Cənnətə girmədim” deyənə “Sən Cənnətə gedən yola niyə girmədin?
Niyə hər gün beş dəfə mən gəlmirəm dedin?” deyiləcək.
Namaz
qılmayan heç kimin qəlbi təmiz olmaz. Günah işləyənlərin qəlbi təmiz
olmaz. Günah qəlbi qaraldır. Onsuz da namaz qılmamaq böyük günahlardan
biridir. Hər cür günahı işləyib “Sən qəlbə bax demək” din
cahillərinin sözüdür. Namaz qılmayan bütün dünyada olan yoxsulları
doyursa, hər kənddə və hər məhəllədə məscid, bulaq düzəltdirsə namaz
qılmamağın günahı bunların hamısından çox olar.
Namaz
dinin dirəyidir, təməlidir. Düzgün qılınan namaz hər xeyrin açarı və
hər bir dərdin dərmanıdır. Namaz qılan şəxs dinini qüvvətləndirər. Namaz
qılmayan əlbəttə, dinini yıxar. Namazı düzgün qılmaqla şərəflənən kəs
çirkin, pis işlər görməkdən qorunmuş olar. Qurani-kərimdə “Düzgün qılınan namaz insanı böyük günahlardan və münkərdən mütləq uzaqlaşdırar”
buyurulur. Hər namazın uzaqlaşdırdığı deyilmir. Düzgün qılınan,
Allahu-təalanın razı qaldığı namaz bildirilir. Şayəd bir nəfərin namazı
qəbul olmuşdursa o mömin pislik edə bilməz.
Halal
çörək yeyənlər rahat namaz qılar. Çünki namaza əngəl haram loğmadır.
Halal çörək yeyən namaza qaçaraq gedər. Siz “Namaz qıl” deməsəniz də
onlar qılar.
Bir
namazda on iki fərz var. Bir gündə altmış fərz edir. Bir müsəlman beş
vaxt namazını qılmazsa gündə düz altmış dəfə Allahu-təalaya qarşı çıxmış
olar. Bu insan necə qurtulacaq?
Namaz qılmamaq üç cürdür: Birincisi, şəxs namazın fərz olduğunu bilmir. İkincisi, tənbəlliklə qılmır. Üçüncüsü
də önəm vermir. Önəm verməyən dindən çıxar. Önəm verməmək zərrə qədər
də olsa narahat olmamaq deməkdir. Qiyamət günü hesab əvvəlcə imandan,
sonra da namazdandır. Bir vaxt namazı əldən verməkdənsə min dəfə ölməyi
tərcih etmək lazımdır. Harada və hansı şərtlər altında olursa olsun,
namazı qılmaq lazımdır. Namaz nurdur. Namazsız keçən ömür heçdir.
Peyğəmbərimiz "səllallahu əleyhi və səlləm" vəfat edərkən son cümləsi “Namaza diqqət edin, xanımlarınızı üzməyin” olmuşdur.